Vergilər Nazirliyi "Gəncə-Şərab-1 ASCyə məxsus 21 ədəd palıd budu vergi borcuna görə hərraca çıxarıb.

Unikal.org nazirliyə istinadən xəbər verir ki, əmlakların ümumi dəyəri 2 590,5 manatdır.

Hərracda iştirak etmək üçün 259 manat beh ödənilməlidir. Əmlaklar Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında yerləşir.