Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası bu gün başa çatıb.

Unikal.org-un xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən,Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlərin təşviqatı səsvermənin başlanmasına 24 saat qalmış, yəni bu gün saat 08:00-da dayandırılıb.

Bu gün və sabah - səsvermə günü hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.