20 İyun 2019
Şirkətlər arasında 539 milyonluq QALMAQAL
Şirkətlər arasında 539 milyonluq QALMAQAL DÜNYA 21:12 2018-05-25

Kaliforniya Məhkəməsi "Samsung korporasiyasını patent hüququ pozuntusuna görə "Apple korporasiyasına təxminən 539 milyon dollar məbləğində cərimə ödəməsinə qərar verib.

Unikal.org ICTnews-a istinadən xəbər verir ki, "Samsung korporasiyası sənaye nümunəsi üzrə patent hüququ pozuntusuna görə 533,3 milyon dollar, həmçinin ixtira üçün patent hüququnun pozuntusuna görə 5,3 milyon dollar dəyərində cərimə ödəməlidir.

"Apple korporasiyası Cənubi Koreya şirkətinin 1 milyard dollar məbləğində cərimələnəcəyi fikrində idi. Çünki ABŞ şirkətinin rəsmisinin qənaətinə görə, "Samsung bu patentlərdən ən azı 1 milyard dollar qazanıb, ona görə də patentlənmiş texnologiya və dizayner həllərindən qanunsuz istifadə edilmiş smartfonların satışından əldə edilmiş bütün pulu qaytarmalıdır.

Qeyd edək ki, şirkətlər arasında məhkəmə çəkişməsi 2011-ci ildən davam edir, amma indiyədək müxtəlif məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərar tərəflərdən heç birini qane etməyib.