"WhatsApp istifadəçiləri üçün şans yaradıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü ilin əvvəlində "Facebookun yaradıcısı Mark Zukerberq tərəfindən satın alınan "WhatsApp bu dəfə inteqrasiya etdiyi yeniliyi ilə deyil, start verdiyi mükafat proqramı ilə gündəmdədir. Belə ki, adıçəkilən məşhur sosial platform istifadəçilərinə 50 min dollar dəyərində pul mükafatı paylamı planlaşdırıb.

1,5 milyard aktiv istifadəçisi olan mesajlaşma platforması yanlış məlumatlarla mübarizə aparmaq üçün belə bir addımı atıb.  Şirkət araşdırmaları təşviq etmək üçün 50 min dollar ayırıb.

Məlumatda bildirilir ki, bu mükafat proqramına qatılmaq istəyənlər "WhatsApp araşdırma qrupu tərəfindən təyin ediləcək.  Onlar araşdırmalar üçün şirkətdə təmsil olunmayan mütəxəssislərin fikirlərinə əsaslanacaqlar.