Nüfuzlu "Bloomberg nəşri dünyanın ən zəngin 500 adamlarının yeni reytinqini açıqlayıb. 

Unikal.org  "RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ-ın "Amazon şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142  milyard dollar təşkil edir.

İkinci yerdə "Microsoft şirkətinin rəhbəri Bill Qeyts (94,2 milyard dollar), dünyanın ən zəngin 3-cü adamı "Facebookun yaradıcısı Mark Tsukerberq  (81,6 mlrd. dollar) hesab edilib.

Əvvələr siyahıda ikinci yeri tutan daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 81,2 mlrd. dollarla reytinqin onluğunda qərarlaşıb.İndeks səhmlərin dəyəri və şirkətlərin hesabatları əsasında müəyyənləşdirilir.