Bu ilin 6 ayında türkiyədən Azərbaycana ixrac edilən yumurtanın məbləği açıqlanıb.

Unikal.org xəbər verir ki, İstanbul Su və Heyvan Məhsulları İxracatçıları Birliyinin açıqlamasına görə, bu ilin ötən dövrü ərzində Türkiyədən Azərbaycana 2 milyon 822 min dollarlıq yumurta ixrac edilib.

Yumurta idxalına görə, Azərbaycan 8-ci yerdə qərarlaşıb. 

Belə ki, bu ilin ötən dövrü ərzində İraq 144,394, İran 18,269, Səudiyyə Ərəbistan 14,375, Qatar 8,232, Birləşmiş Ərəb Əmirliyi 3,405, Bəhreyin 3,333, Oman 3,327 min dollarlıq yumurta alıb.