12 Dekabr 2018
Məşqçi yeni federasiyanın prezidentinə ilişdi: Xoruz yox idi, səhər açılmırdı?
MÜSAHİBƏ 17:23
  • A

Azərbaycan Kunq-fu Federasiyasının idarə heyətinin üzvü Xaqani Hüseynov keçmiş rəhbərlikdən şikayətlənib.

X.Hüseynov Unikal.org-a müsahibəsində yeni yaradılan Vinq-Çun federasiyası ilə bağlı da narazılığını dilə gətirib.

- Kunq Fu federasiyasındakı inkişaf sizi qane edir? Yeni struktur və rəhbərliklə bu idmana maraq artıb ya əksinədir?

- Bizim sonuncu yerli çempionatda 600-dən çox idmançı qatılmışdı. Subyektiv səbəblərdən, federasiyanın rəhbərliyində olan boşuqlar üzündən kunq-fu federasiyası geridə qalırdı.

Nurlan Aslanovun federasiyamıza rəhbər təyin olunmasından cəmi 2-3 ay keçib. Buna qədər bizim yarışlara heç 200 idmançı toplanmırdı. Keçmiş rəhbərimiz Barat İsrafilov idi. Yeni rəhbərimizin özü idmançıdır, o mənim gözümün qarşısında böyüyüb. O idmançının əziyyətindən xəbərdardır. İdmançı olmayan birinin bu əziyyəti anlaması mümkün deyil.

- Sizcə, federasiyanın geridə qalma səbəbi Barat İsrafilov idi?

- Əlbəttə ki, günah rəhbərlikdə idi. Bunu həmişə demişəm, yenə deyirəm. Rəhbərlik bir işə canını qoymur, federasiyanın işini ikinci plana, öz işlərini önə atırsa, orada geriləmə olacaq, rəhbərliyə də inam olmayacaq. Şükürlər olsun ki, artıq onlar qaydasına düşüb. Yeni rəhbərlik gələnə qədər heç kim onun etdiyini edə bilməmişdi.

- Yeni yaradılan Vinq-çun federasiyası ilə sizin qurum arasındakı problemin səbəbi nədir?

- Vinq-Çunu ayrıca federasiya kimi qeydiyyatdan keçirmək özü bir xətadır. Kunq-Fuda rəsmi olaraq 2400 stil var. Vin-Çun da onlardan bidirdir.

Belə çıxır ki, 2400 federasiya yaradılmalıdır. İndi vinq-Çunun Azərbaycana gətirilməsi ilə bağlı yalan söz-söhbətlər qulağımıza çatır. Deyirlər Azərbaycana vinq-Çun idman növünü onlar gətirib.

- Bunu yeni yaradılan Vinq-Çun Federasiyasının rəhbəri Asif Sayadov deyir?

- Bəli, o deyir. Adam düz danışar. Kunq-Funu ümumiyyətlə Azərbaycana gətirilməsində ən böyük xidmətləri olan rəhmətlik Anar Qurbanovdur. Onun ilk Vinq-Çun üzrə ilk tələbəsi də mən olmuşam. Sonradan mən fərqli müəllimlərin rəhbərliyi altında təcrübəmi artırmışam. Asif Sayadov yadından çıxarmasın ki, 2003-cü ildəki beynəlxalq turnirdə, o mənim tələbələrimlə birlikdə yarışa çıxanda mən o zaman vinq-Çunu beynəlxalq turnirin proqramına qatmışam.

Asif müəllimin tələbələri orada sandıqdan çıxıblar. Əgər o qanunsuz idisə nə üçün səsini çıxarmırdı. Asif Sayadov adi müəllimlərdən biri idi, mən isə Kunq Fu federasiyasında baş məşqçi idim.

Şərq Əlbəyaxa döyüş növlərini yayan mənim dostum, qardaşımdır. Çünki gəncləri narkonmaniyadan və pis vərdişlərdən uzaqlaşdırırlar.

- Hazırda Asif Sayadovla münasibətlər necədir?

- Allah etməsin ki, Asif Sayadovla problemim olsun. Sadəcə mənəm-mənəmliyi bəyənmirəm. Yəni, "mən gətirmişəm, "mən etmişəm fikirlərini bəyənmirəm. O, neçə il bizim federasiyada məşqçi işləyib. Ona görə də onun bizim quruma qarşı mənfi fikirlər bildirməsi düzgün deyil. Qəribədir ki, onunla danışanda bizim bu barədə heç bir problemimiz olmayıb. Sadəcə o, beynəlxalq səviyyəli idmançıları Azərbaycana dəvət etməklə sanki Asif müəllimdə dəyişiklik oldu. Bilmirəm nəyə görə?
Biz də dəvət edib, daha yüksək və səviyyəli idmançılar gətirəcəyik. O demək deyil ki, "xoruz yox idi, səhər açılmırdı.

Asif müəllimlə heç vaxt problemim olmayıb. Onun tələbələri mənim, mənim tələbələrim də onun yanına gedir.

Aygün İlqarqızı