Ermənistanda üç zabit 44 günlük müharibədə fərarilikdə ittiham olunaraq həbs edilib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

İşin materiallarına görə, batalyon komandirinin müavini, mayor A.S. döyüş meydanını tərk edib, baş leytenantlar V.T. və R.Q. isə döyüş tapşırığının icrası zamanı xidməti öhdəliklərindən imtina ediblər.

Hər üç hərbçi fərarilikdə ittiham olunaraq həbs edilib.