25 Aprel 2019
24 Aprel 2019
Mobil telefonlar üçün rüsum qüvvəyə mindi
Mobil telefonlar üçün rüsum qüvvəyə mindi CƏMİYYƏT 10:45 2018-09-20

Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə "Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir.