Bakıda ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb.

Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova "Report"a bildirib ki, avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub: "Hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb. Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".

xxx

Bakıda Nobel prospektində bir qədər öncə dəhşətli yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadaları və polislər cəlb edilib. Qəza səbəbindən prospektdə böyük tıxac yaranıb. 

Qeyd edək ki, qəza barədə məlumatı və görüntünü müğənni Elvin Abdullayev İnstaqram hesabında paylaşıb.