Bakı-Qazax avtomobil yolunda "Hundai markalı minik avtomobili ilə "KamAZ" toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, Goranboy rayonunun Goran qəsəbəsi yaxınlığında baş vermiş qəza nəticəsində 1968-ci il təvəllüdlü İmişli rayon sakini Sarıyev Azər Qara oğlu və 1978-ci il təvəllüdlü Saatlı rayon sakini Novruzov Niyazi Nizami oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan sonuncunun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.