Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən  Unikal.org-a verilən məlumata görə, sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi "KamAZ markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.