Bakıda tikilməkdə olan yaşayış binası çöküb.

Unikal.org minval.info-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Bravo marketin yaxınlığında baş verib.

Xətai rayon icra hakimiyyətinin ictimaiətlə əlaqələr şöbəsinin rəhbəri Pənah İmanov bildirib ki, həmin bina qanuni əsaslarla sökülür: "O bina çökməyib. Həmin binanın sökülməsi ilə bağlı qərar verilib. Hazırda buna əməl edilir və bina təhlükəsiz şəkildə sökülür. Sadəcə, yaranan görüntü insanları çaşdıra bilər.