Göygöldə avtomobildə narkotik vasitə aşkarlanıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Samux RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Elşən Quliyevin idarə etdiyi "VAZ-21214 markalı avtomobildən 365 qram marixuana aşkar edilərək götürülüb.

Sürücü və sərnişini, Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Bağırzadə saxlanılıblar.