Bərdənin C.Məmmədquluzadə küçəsində yaşayan 1955-ci il təvəllüdlü Hacıyev Razim Rəhim oğlu itkin düşüb.

Unikal.org xəbər verir ki, bu barədə "Report"a R.Hacıyevin qohumları məlumat veriblər.

Yaxınlarının dediyinə görə o, sentyabrın 25-də, saat 15 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qara şalvar, ağ köynək, başında ağ papaq olub.

R. Hacıyevin xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Onu görənlərdən 050 615-01-68, 050-726-59-09, 051-456-44-14, 050-553-86-07 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.