Bakı şəhəri, Binəqədi rayonunda kişi meyiti tapılıb.

Unikal.org xəbər verir ki, araşdırma zamanı onun sentyabrın 10-dan itkin kimi Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən axtarışda olan 1981-ci il təvəllüdlü Ramin Quliyev olması müəyyənləşdirilib.

Onun ölümünün səbəbləri araşdırılır.