23 Aprel 2019
Səudiyyəlilər konsulluqda öldürülən jurnalistin cəsədini itiriblər
Səudiyyəlilər konsulluqda öldürülən jurnalistin cəsədini itiriblər DÜNYA 23:32 2018-10-21

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna səfəri zamanı ölən jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) qatilləri vəzifə səlahiyyətlərini aşıblar, səhvə yol veriblər və bunu gizlətməyə çalışıblar.

Unikal.org xəbər verir ki, bunu krallığın xarici işlər naziri Adel əl-Cübeyr "Fox News telekanalına müsahibəsində deyib.

XİN başçısı əmin edib ki, jurnalistin necə öldürüldüyünü və cəsədinin harada olduğunu bilmir.

Onun sözlərinə əsasən, qatillərin hərəkətləri şahzadə Məhəmməd bin Salmanla razılaşdırılmayıb.

"Bu barədə hətta kəşfiyyat rəhbərliyinin xəbəri olmayıb. Bu, razılaşdırılmamış əməliyyat idi, - əl-Cübeyr əlavə edib.

Ər-Riyadın rəsmi versiyasına görə, Xaşogi konsulluqda görüşdüyü insanlarla mübahisə zamanı qətlə yetirilib. Lakin bu insanların kim olduğu açıqlanmır.