Bu gün Xətai rayonu, Nobel prospektində iki hərbiçini avtomobil vurub.

Uniakl.org virtualaz.org-a istinadən xəbər verir ki, hadisə "Asiman şadlıq evinin qarşısında baş verib.

Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib.

Xəstəxanadan bildiriblər ki, yaralılardan biri Vüqar Mahmudov, digəri Dəniz Qasımovdur. Hər iki şəxsdə sınıq və travmalar var. Onlardan birinin 20, digərinin 21 yaşı var.