Mingəçevir şəhərində 37 yaşlı qadın intihar edib.

Unikal.org report-a istinadən xəbər ki, hadisə şəhərin Vaqif küçəsi, 19 ünvanında yerləşən beşmərtəbəli binadakı mənzillərin birində qeydə alınıb.

Belə ki, həmin mənzildə bir övladı ilə kirayədə yaşayan, 1981-ci il təvəllüdlü Samirə Aslan qızı Musayeva özünü asaraq öldürüb.

Hadisə zamanı övladının evdə olmadığı bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.