Son üç gün ərzində İtaliyada qasırğa nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Unikal.org "Reutersə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Matteo Salvini son dərəcə əlverişsizhava şəraitisəbəbindən insan tələfatının olduğunu söyləyib.

Eyni zamanda ötən gecə ölkənin şimal-şərqindəki kurort şəhəriRappaloda güclüfırtına qoruyucu divarları aşırıb,limana böyük maddi zərər dəyib.