Bərdə rayonunda sərxoş sürücü yol qəzası törədərək hadisə yerindən qaçıb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayon sakini Elvin Arif oğlu Gənciyev idarə etdiyi "Lada-Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil Nadir Hidayət oğlu Süleymanovun idarə etdiyi "Nissan" markalı minik maşını ilə toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı E.Gənciyev sərxoş olub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.