13 Dekabr 2018
Məhbuslar qiyam etdi - 4 nəfər girov götürüldü
DÜNYA 19:32
  • A

Perunun cənubundakı Takna şəhərindəki həbsxanada qiyam baş verib.

Unikal.org-un məlumatına görə, qiyam zamanı həbsxananın dörd əməkdaşı da girov götürülüb.

Münaqişə nəticəsində bir məhkum ölüb, daha bir nəfər isə xəsarət alıb.

Hazırda girovların azad edilməsi üzrə danışıqlar aparılır. Həbsxana ərazisinə təhlükəsizlik qüvvələri yeridilib.