Bu ilin oktyabr ayında "Azərenerji ASC 1,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.

Unikal.org bu barədə quruma istinadən xəbər verir.

Xatırladaq ki, bu rəqəm ötən ilin oktyabr ayında 1,7 mlrd. kVt/saat təşkil edib.

"Ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olduğu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Eyni zamanda "Azərenerji enerji təhlükəsizliyi, sistemdə hər hansı problemin yaranmaması, fasiləsizlik prinsipinin qorunub-saxlanılması, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində vəzifə və funksiyalarının yüksək keyfiyyətlə həyata keçirmək məqsədilə yenidənqurma (müasirləşdirmə) tədbirlərinə başlayıb", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.