Tatarıstan Respublikasının paytaxtı Kazanda 2018-ci ilin ən gözəl tələbəsi seçilib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ilin ən gözəl tələbəsi adını Alina Zareynik qazanıb.

Finala qalan 12 yarışmaçı arasında birinci olan Alina 100 min rubla (təxminən 2500 AZN) sahib olub.