Bu gün axşam saatlarında Xocalı prospektində 30 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 10-TG-395 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentlitinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb:

"Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb. Şahidlərin və avtobus sərnişinlərinin verdiyi məlumata görə qəza minik maşınının avtobusun yanında sürətli ötmə hərəkəti etməsi səbəbindən baş verib. Qəzanın dəqiq başvermə səbəbi müvafiq qurumlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olacaq".

Qurum rəsmisi nəticələr barədə ictimiayyətə məlumat veriləcəyini qeyd edib