Bu gün axşam saatlarında Şəki şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, 1968-ci il təvəllüdlü Balakən rayon sakini Ömərov Ramiz Məhəmməd oğlu Sabit Rəhman prospektində yolu keçmək istəyən zaman "55-CA-423" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomibil tərəfindən vurulub.

Xəsarət alan şəxs dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Oradan "Report"a verilən məlumata görə, yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.