Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin ilk yarışma günü başlayıb.

Unikal.org-un məlumatına görə, “Hind kinosu” adlanan yarışmada maşın uğrunda 18 iştirakçı mübarizə aparır. İştirakçılar yarışmanın ilk günündə aktyor Sərxan Kərəmoğlunu SMS səsverməsinə çıxarıblar.

O, 56.33 faiz səs toplayaraq meyxanaçı Oqtay Kamili oyundan kənarlaşdırıb.