İmişli şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Unikal.org  “Report”a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü yerli sakin Hüseynov Elnur Hüseynbaba oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2106" markalı avtomobili divara çırpıb.

Nəticədə sürücü müxtəlif xəsarətlərlə İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəkidə yol qəzası baş verib.