Şabran rayonunun Ağalıq kəndində ümumi sahəsi 78 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 3 m² sahədə və içərisində 1 ədəd qaz balonu yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata əsasən, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.