Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərləinin  oğurlanmış velosipedi tapılıb.
Xatırladaq ki, hadisə noyabrın 25-də Bibiheybətdəki Jurnalistlər binasında baş vermiş, naməlum şəxslər  Müşfiq Ələsgərlinin binanın dəhlizindəki bahalaı velosipedini qaçırmışdılar.
JuHİ sədri məslə ilə bağlı Səbail rayonu 8-ci Polis bölməsinə şikayət etdikdən sonra hadisə ilə bağlı araşdıma başlanmışdı.
Unikal.org-un məlumatına görə, M.Ələsgərli oğruların artıq tapıldığını velosipedinin isə sağ-salamat özünə qaytarıldığını bildirib:
“DİN-in 102 xidmətindən və 8-ci Polis bölməsindən verilən operativ reaksiyaya əsaslanıb həmən gün yazmışdım ki, polisə güvənirəm, oğrunun tapılacağına, velosipedimin qaytarılacağına inanıram. Daxili İşlər Nazirliyinə, o cümlədən, Nazirliyin media üzrə əlaqələndiricisi Orxan Mənsurzadəyə, Səbail RPİ-dən İslam müəllimə, 8-ci Bölmədən Əfqan müəllimə diqqət göstərdiklərinə görə təşəkkür edirəm”.