Bakıda iki minik avtomobili toqquşub.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, bu gün saat 13 radələrində Xətai rayonu ərazisində - Ukrayna dairəsində “Mitsubishi L200” markalı pikapla “BMW” markalı minik avtomobili toqquşub. Nəticədə pikap aşıb. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, sürücülər həmin ərazidə hərəkətin nizamlanmasında problemin olduğunu bildiriblər və tez-tez qəzaların baş verdiyini deyiblər.