Hər bölümü maraqlı olan "Maşın" realiti şouda daha bir qalmaqal yaşanıb.

Unikal.org xəbər verir ki, bu dəfə şairə Nazilə Səfərli özündən çıxıb. Buna səbəb isə səsverməyə aktrisa Xəyalə Quliyevanın çıxması olub. 
Nazilə qeyd edib ki, bugünki şəkil çoxluğu Xose Bernardonun oyunudur və Xəyalə qurban kimi seçilib. Səfərli bildirib ki, Xose bu oyunu qurub ki, Xəyalə səs toplasın və şoudan onu kənarlaşdırsın. Buna görə şairə üzünü Bernardoya tutaraq "Səni diri-diri yeyərəm, sənin deponu boşaldaram" deyib. 
Cavabında isə Xose "Mənim depom yoxdur" sözlərini vurğulayıb.