Türkiyənın Sarıqamış IX Briqada komandanlığının tabeliyindəki xüsusi təyinatlı qüvvələr ölkə xaricindəki əməliyyatlarda iştirak etmək üçün Şanlıurfaya yola salınıb.

Unikal.org  xəbər verir ki, hərbçilər Qars Harakani hava limanından yola düşməzdən əvvəl hərbi marşı oxuyublar.

Bildirilib ki, sözügedən qüvvələr Suriyadakı ordu birliklərinə hərbi dəstəyi təmin edəcək.