27 Mart 2019
26 Mart 2019
Təcili yardım maşınına hücum edildi: həkimi döydülər - VİDEO
Təcili yardım maşınına hücum edildi:həkimi  döydülər  - VİDEO VİDEO 23:26 2018-12-28

Bu gün Sankt-Peterburqda Moyka çayının sahilində naməlum şəxs təcili yardım həkiminə hücum edib.  

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, kadrlarda bir kişinin həkimi maşından düşürüb döyməsi əks olunub.

Təcili yardım maşınının sürücüsü davanı dayandırmağa tələsib.

Qeyd edilir ki, hadisə şənlikdən sonra baş verib.

“78.ru” portalının verdiyi məlumata görə, kişi çox içkili olduğu üçün həkimlər onu xəstəxanaya aparmağa gəliblər. Lakin sərxoş xəstəxanaya getməkdən imtina edərək dava salıb.

Sonda polis əməkdaşları sərxoş kişini saxlayıblar və hadisənin təfərrüatı araşdırılır.