Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib.

Unikal.org Report-a istinadən hadisə rayonun Kiş kəndində baş verib. 

Kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı ünvanda özünə od vuraraq yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.