Şirvanda mənzildən meyit aşkar edilib.

Unikal.org-un report-a istinadən məlumatına görə, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi 30, mənzil 63 ünvanında 73 yaşlı Cəfər Məmişovun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Ehtimal olunur ki, həmin ünvanda yaşayan kişi xəstəlikdən ölə bilər.

Faktla bağlı araşdırma aparılır.