Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.\

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.