Zabrat yolunda hərəkət edən avtobusun təhlükəli şəkildə sərnişin daşıması ilə bağlı çəkilən video görüntü yayılıb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülər yanvarın 14-də qeydə alınıb. Balaxanı istiqamətində hərəkət edən 105 saylı xətt üzrə fəaliyyət göstərən 99-XO-136 qeydiyyat nişanlı avtobusun sürücüsü qapıları açıq vəziyyətdə sərnişin daşıyıb. Avtobus hərəkətdə olan zaman qapılar açıq olduğu üçün sərnişinlər avtobusdan sallaşaraq gediblər.

Bu vəziyyət sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatı üçün çox təhlükəlidir.

Həmin görüntüləri sizə təqdim edirik.