Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində (Şəmkir avtovağzalının qarşısı) “Mercedes” və “QAZel” markalı iki avtomobil toqquşub. Nəticədə “Mercedes”in sürücüsü 1994-cü il təvəllüdlü Quluzadə Şəfa İsmət oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildiirlir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.