Biləsuvarda yanğın qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.