Gəncədə paltar dükanı yanıb.

Unikal.org  Baku.ws-yə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 500 kv/m olan 3 mərtəbəli “Ucuzluq” adlı mağazada baş verib.

Mağaza binasının birinci mərtəbəsində baş verən yanğın qısa müddətdə güclənib. Nəticədə həmin mərtəbə əşyaları ilə birgə yanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.