Mingəçevir şəhərində 53 yaşlı kişi intihar edib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib.

Belə ki, həmin mənzilin sakini, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü asaraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.

Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.