20 May 2019
19 May 2019
Azərbaycan qaz hasilatını artıracaq
Azərbaycan qaz hasilatını artıracaq İQTİSADİYYAT 00:12 2019-02-21

2019-cu ildə Azərbaycanda qaz istehsalının 20 faiz artacağı gözlənilir.

Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında deyilir.

Bundan başqa hesabatda qeyd olunur ki, neft hasilatı ötən illə müqayisədə stabil səviyyədə qalacaq.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda neft hasilatı 38,8 milyon ton təşkil edib. Qaz hasilatı isə ötən il 30,42 milyard kubmetrə bərabər olub.