Aktyor Ozan Güven aktrisa Serenay Sarıkaya ilə fotosunu paylaşıb.

Unikal.org-un məlumatına görə, şəkildə diqqət çəkən məqam ikilinin hamam xalatında olmasıdır.
Sosial media izləyicilərindən bəziləri onların fotosunu bəyənsə də, bəziləri də Ozanı tənqid edib.
Belə ki, paylaşımın şərh hissəsinə "Ayıbdır", "Ozanın Can Manaylığı tutub. Sən insanların Serenay haqda pis danışmasını istəmisən. Dost yox, düşmənsən" kimi sözlər yazılıb.