Aktrisa Ezgi Mola sevgilisi Mustafa Aksakallı ilə görüntülənib.

Unikal.org-un məlumatına görə, ikili birlikdə Kenan Doğulunun konsertinə qatılıb. 

Cütlük kameralara gülümsəyərək poz verib.

Sosial mediada paylaşılan fotoya izləyicilər təriflər yağdırıblar və onların bir-birinə yaraşdığını bildiriblər. 

Qeyd edək ki, Ezgi və Mustafa keçən ilin sonlarına yaxın eşq yaşamağa başlayıb.