ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams bildirib ki, Vaşinqton Karakasa qarşı yeni maliyyə qadağaları hazırlayır.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət Venesuela prezidenti Nikolas Maduronun tapşırıqlarını yerinə yetirən maliyyə institutlarına qarşı sanksiyalardan gedir.

Elliott Abrams əlavə edib ki, bu institutlar Venesueladan vəsait oğurlayıb, dünyanın müxtəlif yerlərində gizlədirlər.

O qeyd edib ki, məhdudiyyətlər üçüncü ölkələrə də toxuna bilər.