Sumqayıtda qadınlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il may ayının 25-də Corat qəsəbə sakini olan daha bir qadını aldadıb 3500 manatını alması da müəyyən edilib.