Abşeron rayonunda 27 yaşlı gənc intihar edib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Paşa Rasim oğlu Yusifli özünü bacısı ilə yaşadığı evdə asaraq öldürüb. 

İntiharın dəqiq səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.