Bakı şəhərinin Xətai rayonunda yaşayış evlərin birində 62 yaşlı kişinin meyti tapılıb. 

FHN-dən Unikal.org-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Kərimov Elzibar Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.