Xəbər verdiyimiz kimi, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Baş verən hadisə ilə bağlı Unikal.org-a açıqlama verən "AZAL"ın mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, hazırda təyyarədə axtarış işləri davam etdirilir:

"Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla axtarış işlərinə başlayıb. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər terminalda axtarış işlərinin bitməsini gözləyir".

Famil Fərhadoğlu